Yusif Məmmədəliyevin adını daşıyan olimpiada keçirilməsi nəzərdə tutulur

Baş səhifə

Bakı. Trend:

Yusif Məmmədəliyevin elmi irsi bu gün də aktuallığını
saxlayır.

Trend xəbər
verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün
keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan
“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq
konfransın açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərin görə, Yusif Məmmədəliyevin 20-ci əsr Azərbaycan
elminin ən parlaq nümayəndələrindən olduğu danılmaz faktdır:




“Həm ölkəmizin, həm dünya kimya elminin inkişafında Yusif
Məmmdəliyev silinməz iz qoyub. Əminliklə deyə bilərik ki, onun
yaratdığı elmi istiqamətlər bu gün müasir neft-kimya sənayesinin
əsasını təşkil edir. Ölkəmizdə Əlyazmalar fondu, Astrofizika
rəsədxanası kimi müəssisələrin yaradılması da onun adı ilə
bağlıdır. Akademikin əvvəlki yubileylərinin UNESCO tərəfindən qeyd
olunması onun elmi irsinin dünya üçün əhəmiyyətinin göstəricisidir.
Akademik Yusif Məmmədəliyevin elmi irsini yaşatmaq həm də gələcəyə
töhfə verməkdir.

Növbəti ildən başlayaraq Azərbaycan və region ölkələrin
şagirdlərini cəlb etməklə Yusif Məmmədəliyevin adını daşıyan kimya
və ya təbiət elmləri sahəsində olimpiada keçirilməsi nəzərdə
tutulur. Eyni zamanda, bu konfrans çərçivəsində ali təhsil
müəssisələrində gənc alimlər üçün Yusif Məmmədəliyevin adını
daşıyan təqaüdlərin, alətlərin hazırlanması məsələsi müzakirə
ediləcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir