FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müsabiqə keçirilib – FOTO

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Bakı və Sumqayıt qarnizonlarına məxsus yanğından mühafizə hissələrinin yanğınsöndürmə növbələri arasında keçirilən baxış-müsabiqədə hər manqada 7 nəfər heyət olmaqla, ümumilikdə 18 manqadan 126 əməkdaş iştirak edib.

Gərgin mübarizə şəraitində keçən müsabiqənin nəticələrinə əsasən, Sumqayıt şəhər 24 nömrəli YMH 1-ci yeri, Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi 2-ci yeri, Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 13 nömrəli YMH 3-cü yeri tutub.

Müsabiqəyə DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşları hakimlik edib.

Sonda qaliblərə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Mircavad Seyidov və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok və qiymətli hədiyyələr təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir