Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində

Baş səhifə

Bakı. Trend:

Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin 26-cı
nəşri XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah
boyakarlığının banisi, Mirzə Qədim İrəvaniyə həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə
əlaqədar ölkəmizdə müxtəlif yubiley tədbirləri keçirilir.

M.Q.İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii albom
Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq nəfis tərtibatda
nəşr edilmişdir.




Mirzə Qədim İrəvaninin əsərləri dünyanın məşhur muzeylərində və
kolleksiyalarda sərgilənir. Onun yaradıcılığında Sərdar sarayını
bəzəyən divar rəsmləri və rəngkarlıq əsərləri xüsusi yer tutur,
günümüzə çatan əsərləri isə İrəvan diyarının və bütövlükdə
Azərbaycanın mədəni irsinin mühüm tərkib hissəsini təşkil edir.

2025-ci il dekabrın 4-dən etibarən Xalq Bankın Əsas binasında
yerləşən rəsm qalereyasında M.Q.İrəvaninin əsərlərindən ibarət
sərgini həftəiçi 5 gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar
günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş
sərbəstdir. Ünvan: İnşaatçılar pr., 22 L

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu
ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni
irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin
dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr
olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur.
Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və
kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici
ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə,
kitabxanalarına və sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq
rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə,
Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı
Lətif Kərimov, əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev,
Mahmud Tağıyev, eləcə də əməkdar incəsənət xadimi Vəcihə Səmədova,
Kamal Əhmədlə yanaşı, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov,
Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir
Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii
albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hökumə Billuri,
Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl
Müşfiqin və Güney azərbaycan şairlərinin əsərlərindən ibarət
antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin
“Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası”
üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi
Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq
üzü görüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir