Yusif Məmmədəliyevin elmi irsi bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyır – İSESCO-nun Baş direktoru

Baş səhifə

Bakı. Trend:

Bizim İslam dünyasında elmi inkişafı ilhamlandımaq kimi iddialı
məqsədimiz var.

Trend xəbər
verir ki, bunu bu gün İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd
əl-Maliki bu gün keçirilən Yusif Məmmədəliyevin 120 illik
yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs.
İnnovasiyalar” adlı beynəlxalq konfransın açılış mərasiminə
ünvanladığı videomüraciətdə bildirib.




Onun sözlərinə görə, akademik Yusif Məmmədəliyevin elmi irsi
təkcə Azərbaycan üçün deyil, bəşəriyyət üçün mühüm əhəmiyyət
daşıyır, Məmmədəliyevin parlaq nailiyyətləri insanlığın Yer
kürəsindən kənara atdığı ilk böyük addımların təməlində dayanan
elmi sıçrayışlara ciddi töhfə verib:

“Bu gün Azərbaycan neft-kimya innovasiyalarının aparıcı
mərkəzlərindən birinə çevrilibsə, bunun əsas səbəblərindən biri də
Məmmədəliyevin yaratdığı elmi məktəblər və institutlardır. Bu
qurumlar bu gün də alimlərin fəaliyyətində araşdırma ruhunu
yaşadır, yeni nəsil tədqiqatçıların yetişməsi üçün bilik məbədi
kimi xidmət edir. Yusif Məmmədəliyevin yaratdığı bu irs elm və
mədəniyyət arasında harmoniyanın xalqların tərəqqisi üçün əsas şərt
olduğunu sübut edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir