Narkotik vasitənin təsiri altında avtomobil idarə edən paytaxt sakini saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Paytaxt sakini Nadir Zeynalov “BMW” markalı avtomobillə
Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının
stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün
hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət
olunub. Müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik
vasitənin təsiri altında olduğu sübuta yetən N.Zeynalov inzibati
məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri
altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının
həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı
tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin
görüləcəyini bildirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir