UNESCO Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır

Baş səhifə

Bakı. Trend:

UNESCO Yusif Məmmədəliyevin 120 illik yubileyini, onun qlobal
elm və mədəniyyət sahəsindəki töhfələrinin tanınmasında əhəmiyyətli
addım hesab edir.

Trend xəbər
verir ki, bunu bu gün UNESCO-nun baş direktorunun müavini Lidiya
Brito keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr
olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı
beynəlxalq konfransın açılış mərasiminə ünvanladığı
video-müraciətdə bildirib.

Onun sözlərinə görə, Yusif Məmmədəliyev 20-ci əsrin kimyasında
regional və beynəlxalq səviyyədə mühüm dəyişikliklərə səbəb
olub:

“UNESCO akademik Yusif Məmmədəliyevin elmi irsini yüksək
qiymətləndirir. O, həm regional, həm də qlobal elmə töhfələr verib,
eyni zamanda Azərbaycanda elmi potensialın inkişafında mühüm rol
oynayıb. UNESCO Məmmədəliyevin 120 illik yubileyini qlobal elm və
mədəniyyət sahəsindəki töhfələrinin tanınmasında əhəmiyyətli bir
addım hesab edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir