Alimlər çuğundurun inanılmaz faydasını aşkarlayıb

Baş səhifə

Bakı. Trend:

Çuğundur təkcə damarların və ürəyin sağlamlığı üçün deyil, həm
də beyin üçün faydalı ola bilər. Belə bir nəticəyə britaniyalı
tədqiqatçılar gəlib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Nutrients” jurnalında dərc olunan bir icmalda britaniyalı
tədqiqatçılar onlarla araşdırmanı təhlil edərək belə qənaətə
gəliblər ki, çuğundurun tərkibindəki maddələr, xüsusilə nitratlar,
betalaınlar və polifenollar – qan dövranına, iltihaba və
oksidləşdirici stressə təsir göstərir. Bu isə Alzheimer
xəstəliyinin inkişafının qarşısının alınması baxımından mühüm rol
oynayır.




Hüceyrə və heyvanlar üzərində aparılan təcrübələrdə çuğundur
komponentləri neyronları zədələrdən qoruma qabiliyyətini artırıb,
mitoxondrilərin fəaliyyətini yaxşılaşdırıb və iltihabi siqnalların
aktivliyini azaldıb.

İnsanların iştirakı ilə aparılan bəzi kiçik tədqiqatlarda isə
çuğundur içkiləri koqnitiv pozuntular zamanı ilk zərər görən beyin
sahələrinin qan təchizatını yaxşılaşdırıb. Bundan başqa,
epidemioloji məlumatlar göstərir ki, daha çox bitki mənşəli
nitratlar qəbul edən insanlar yaddaşın sürətli pisləşməsi ilə daha
az qarşılaşırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir