Azərbaycanda könüllülük proqramı 32 dövlət qurumunu əhatə edir – Yusif Vəliyev

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumu keçirilir
və Azərbaycan Gənclər Fondu digər dövlət qurumları ilə birlikdə
Könüllülük Həftəsinin rəsmi dəstəkçisi və tərəfdaşıdır.

Trend xəbər
verir ki, bunu bu gün Gənclər Fondunun icraçı direktoru vəzifəsini
icra edən Yusif Vəliyev Azərbaycan Könüllülük Həftəsi çərçivəsində
jurnalistlərə açıqlamasında deyib.

Y. Vəliyev bildirib ki, artıq 8-ci dəfə keçirilən bu forum və
Könüllülük Həftəsi, il ərzində həyata keçirilən könüllülük
fəaliyyətlərinin yekunu və hesabatıdır:

“Ümumilikdə, il ərzində Gənclər Fondu olaraq Azərbaycanda
könüllülük hərəkatının inkişafı və dəstəklənməsi məqsədilə
Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr əsasında daimi
fəaliyyət göstəririk.




Fond tərəfindən həm müsabiqəli, həm də müsabiqədənkənar qrantlar
ayrılır, eyni zamanda könüllülük təşəbbüslərinin dəstəklənməsi
sahəsində dayanıqlı dəstək verilir”.

O vurğulayıb ki, bu gün forumda 3 mindən artıq Azərbaycan gənci
– Azərbaycan könüllüsü iştirak edəcək.

“2019-cu ildə ASAN xidmətlə başlayan və ASAN könüllüləri ilə
formalaşan dövlət qurumlarında könüllülük proqramı bu gün artıq 32
dövlət qurumunu əhatə edir. Biz həmin könüllülərimizi həm dövlət
qurumlarında vətəndaşlara xidmət prosesində, həm beynəlxalq
tədbirlərin, həm də idman yarışlarının təşkilində görə bilirik.

Təbii ki, onların bu fəaliyyətlərdə könüllü olaraq iştirakı,
onların inkişafına əlavə və əvəzolunmaz bir dəyər qatır”, – deyə
Vəliyev əlavə qedib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir