Xətai Klinikası həkimlərin maaşını VERMİR

Baş səhifə

Xətai Estetik Klinikasında çalışan həkimlər avqust ayından bəri maaşlarını ala bilmirlər.

Bu barədə Modern.az-a məlumat verən həkimlərin sözlərinə görə, problemin həll olunması üçün dəfələrlə klinikanın direktoru Fərid Əliyevə müraciət ediblər. Amma direktor həmin müraciətlərə əhəmiyyət verməyib. 

Modern.az məsələni araşdırmaq üçün öncə Xətai Estetik Klinikasının direktoru Fərid Əliyevlə əlaqə saxlamağa çalışıb. Lakin o, zənglərimizə cavab verməyib. 

Klinikanın “qaynar xətti”nə etdiyimiz zəngə cavab verən əməkdaş isə “biz Reception olaraq maaş məsələləri ilə bağlı məlumat verə bilmərik”, – deyib.

Qeyd edilib ki, maaşların verilməsi rəhbərliyin səlahiyyətinə daxil olan məsələdir və bu barədə əlavə açıqlamaları yoxdur.

Klinikadan digər məsul şəxslərlə əlaqələndirilmək xahiş edilsə də, əməkdaşlar bundan yayınaraq, “bizə mesaj yazın, nömrəni göndərib yönləndirərik” deyiblər. Danışıq zamanı məsul şəslərin əlaqə nömrəsi istənilsə də, “verə bilmərik, hazırda məşğuluq” cavabı ilə telefonu söndürüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir