
Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı
yaranmış vəziyyətə görə çox təsssüf hissi keçirir.
Bunu Trend-ə bu
gün Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif
Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransı
çərçivəsində AMEA prezidenti İsa Həbibbəyli açıqlamasında
bildirib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü
məsələsinə məhkəmə qərarından sonra baxılacaq:
“Ramiz Mehdiyevə görə AMEA təəssüf hissi keçirir”.
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə
cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə
ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş
Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay
müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ
keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci
(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə
ittiham olunur.

