
Bakı. Trend:
İsrailin “Eurovision” Mahnı Müsabiqəsindəki gələcək aqibəti
Cenevrədə iki gün davam edəcək iclasda (4-5 dekabr) müzakirə
olunacaq.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Times of Israel” nəşrinin yazdığına görə, Qəzzada keçirilmiş
hərbi əməliyyata görə, bəzi ölkələrdə İsrailin müsabiqədən
kənarlaşdırılmasını tələb edir.
Son aylarda İslandiya, İrlandiya, İspaniya və Niderland kimi
ölkələr 2026-cı il müsabiqəsində İsrail iştirak edəcəyi halda
yarışdan çıxacaqları barədə xəbərdarlıq ediblər.
Belçika, Finlandiya və İsveç də daxil olmaqla digər ölkələr
Qəzzadakı vəziyyəti ilə əlaqədar boykotu nəzərdən keçirdiklərini
bildirib.
Mahnı müsabiqəsinə ev sahibliyi edən Avstriya isə əksinə İsrailə
güclü dəstək ifadə edib və onun “Eurovision” da qalmasını
istəyir.
Müsabiqənin təşkilatçısı olan Avropa Yayım İttifaqı (EBU)
məsələni hələ noyabr ayında üzvlərin səsverməsinə çıxarmağı
planlaşdırırdı. Lakin İsrail və HƏMAS arasında Qəzzada 10 oktyabrda
elan olunan atəşkəs razılaşmasından bir neçə gün sonra EBU
müzakirələrin dekabrın 4-5-ə qədər ertələnməsinə qərar verdi.

