Böyük Britaniya Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur – Ferqus Auld

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Prezident
İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul
etməsi barədə paylaşım edib.

Trend xəbər
verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında qeyd edib.

Səfir müdafiənin strateji tərəfdaşlığın əsas sütunu olduğunu
vurğulayıb:

“Lord Vernon Koakerlə birlikdə Prezident İlham Əliyevlə
görüşməkdən və müdafiə sahəsində gələcək imkanları müzakirə
etməkdən məmnun oldum. Böyük Britaniya il ərzində əldə edilmiş
irəliləyişi alqışlayır və Azərbaycanla artan müdafiə əlaqələrindən
qürur duyur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir