Distant iş özəl sektorda tətbiq olunacaq – Deputat İZAH ETDİ

Baş səhifə

Azərbaycanda evdən və məsafədən (distant) iş rəsmiləşir. Əmək Məcəlləsinə müvafiq dəyişiklik artıq komitə iclasları səviyyəsində müzakirə olunur. 

Bu model ən çox hansı sahələrdə tətbiq oluna biləcəyi, müxtəlif sektorlar üçün hansı tənzimləyici mexanizmlərin formalaşacağı və iqtisadi sistemə necə təsir edəcəyi kimi sualları da özü ilə aktuallaşdırır. 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, distant işləmək təcrübəsi koronavirus infeksiyası ilə bağlı karantin tədbirləri zamanı aktual oldu:  

“Həmin dövr göstərdi ki, uzaqdan iş fəaliyyəti qurmaq mükündür. Ondan sonra bəzi müəssisələr hətta indi də öz əməkdaşlarının bir hissəsinə distant işləmək imkanı yaramaqda davam edir. Distant fəaliyyət əmək məsuliyyətini azaltmamalı və görülən işin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Təbii ki, əyani işin səmərəliliyi distant işdən daha çoxdur. Bəzi sahələrdə isə işçilərin gün ərzində görməli olduğu dəqiq planlar olduğundan işçi müəyyən olunmuş müddətdə həmin planı icra edirsə, deməli iş keyfiyyətli icra olunmuş hesab olunur”.

1482425

Deputat vurğulayıb ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda distant işi hələki mümkün hesab olunmur:

“Dövlət orqanlarında hər bir əməkdaş vaxtında öz iş yerinə gəlib vətəndaşlara xidmət etməlidir. Amma özəl sektorda fəaliyyətlər müəyyən çərçivədə olduğundan bu sahələrdə konkret fəaliyyətlərə distant iş metodunu tətbiq etməkdə bir çətinlik görmürəm. Bu gün internet resursları hər bir işçiyə dünyanın istənilən nöqtəsindən işləməyə imkan verir. Hətta Almaniyada bank sektorunda işləyən soydaşlarımızın ölkəmizə gələrək öz evindən aylarla fəaliyyət göstərdiyi halları müşahidə etmişik.  Bu baxımdan bank sektoru, süni intellekt, proqramlaşdılma, mühasibatlıq və s sahələrdə məsafədən işləmək mümükündür” – deyə Azər Badamov vurğulayıb.  

Distant işin iqtisadiyyata təsirindən də danışan A. Badamov burada mənfi və ya müsbət təsirin olacağını düşünmədiyini qeyd edib:

“Bakı kimi tıxacların əlindən avtomobillərin hərəkətinin çətin olduğu bir şəhərdə müəyyən sahələrdə distant iş tətbiq olunarsa yaxşı olar. Yəni yollarda tıxacların azalmasına müsbət təsir göstərər. Tıxacların sıx olması əməkdaşların işə gəlməyini də çətinləşdirir. Belə ki, bəzi hallarda  işə gecikmələr də baş verir. Bu da tıxaclarda dayanaraq yorğun və əsəbi olan əməkdaşın iş qabiliyyətinə də mənfi təsir göstərir.  Bunun baş verməməsi üçün distant işləmək mümkün olan sahələrdə bu üsuldan istifadə olunarsa, bu həm müəssisəyə, həm də işçilərə faydalı olar. Həm də yollarda avtomobillərin azalmasına təsir göstərər”. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir