Azərbaycanda polad boru istehsalı 2,1 dəfə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 180,7 min ton
polad boru istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 94,8
min ton və ya 2,1 dəfə çoxdur.




Bu ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,2 min
ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal
məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-oktyabr
aylarında 1,052 milyard manatlıq məhsul istehsal olunub. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının
istehsalı sahəsində 10 faiz, metallurgiya sənayesi məhsullarının
istehsalında isə 12,9 faiz azalma müşahidə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir