Rusiyada “FaceTime” qadağan olunub

Baş səhifə

Bakı. Trend:

Rusiyada Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi
Kommunikasiyalar üzrə Federal Nəzarət Xidməti (Roskomnadzor) ölkə
ərazisində “FaceTime” tətbiqi ilə bağlı məhdudlaşdırıcı ölçülər
qəbul edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Bu qərar, sözü gedən “Apple” tətbiqinin terror aktlarının
təşkili və həyata keçirilməsi üçün istifadə olunması ilə
əsaslandırılıb.

“Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, “FaceTime”
xidməti ölkə ərazisində terror aktlarının təşkili və həyata
keçirilməsi, onların icraçılarının verbovka edilməsi,
vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlərin törədilməsi
üçün istifadə olunur. Bununla əlaqədar olaraq, Roskomnadzor
“FaceTime”a məhdudlaşdırıcı ölçülər tətbiq edir”, – məlumatda
bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir