İki ev və metal qəbulu məntəqəsindən oğurluq edənlər saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Abşeron və Nəsimi rayonunda yerləşən iki evdə talama cinayəti
qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, ev sahibləri polisə müraciət edərək 4000 manat
nağd pul, həmçinin 1800 manat dəyərində məişət əşyalarının naməlum
şəraitdə oğurlanmasını bildiriblər. Polis əməkdaşlarının həyata
keçirdikləri tədbirlərlə talama cinəyətində şübhəli bilinən
V.İbrahimov və X.Ağayeva müəyyən edilərək saxlanılıblar.




Sabunçu rayonunda isə metal qəbulu məntəqəsindən 4000 manat
dəyərində metal qırıntılar oğurlamaqda şübhəli bilinən, əvvəllər
narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı E.Hüseynov
da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir