
Bakı. Trend:
Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdə
təqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə sonuncu məhkəmə
iclası baş tutub.
Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fərid Bağırov 8 il 6 ay müddətə
azadlıqdan məhrum edilib.
Qeyd edə ki, hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllı
qəsəbəsində baş verib. Fərid Bağırıov küçədə qayınatası Hüseyn
Əhmədov və arvadı Əfsanə Bağırovaya vintaçanla xəsarət yetirib.
Təqsirləndirilən Fərid Bağırov Cinayət Məcəlləsinin 29.120.1-ci
(qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

