
Bakı. Trend:
Mənə xarici xüsusi xidmət orqanının baş leytenantına tabe
olmayan katalikos lazımdır.
Trend erməni
KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol
Paşinyan “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryanın
ittihamlarını cavablandırarkən deyib.
Sonuncu, Paşinyanı Ermənistan kilsəsini özünə tabe etmək
istədiyini bəyan etmişdi.
“Mənə, baş nazirə tabe olacaq katolikos lazım deyil, mənə xarici
xüsusi xidmət orqanının baş leytenantına tabe olmayan və hər gün
xarici xüsusi xidmət orqanının leytenantlarına hesabat verməyən
katalikos lazımdır”, – deyə Paşinyan bildirib.
Baş nazir bildirib ki, nə o, nə də digər dini xadimlər ona
hesabat vermək məcburiyyətində deyillər, bütün dini xadimlər yalnız
öz cəmiyyətlərinə qarşı şəffaf olmalıdırlar.
“Ktirc Nersisyanın (katalikos) dövründə Ermənistan Apostol
Kilsəsi xarabalığa çevrilib. Kilsələrimizdə xorlar demək olar ki,
yoxdur, bu isə liturgiyaların düzgün şəkildə aparılmaması
deməkdir”, – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ktriç Nersisyanın fəaliyyəti Erməni Apostol
Kilsəsinə zərər verir.

