
Türk futbolunun əfsanələrindən olan Əmrə Bəlözoğlunun yeni iş yeri məlum olub. O, Türkiyənin aparıcı klublarından olan “Kasımpaşaspor”un sükanı arxasına keçir.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, “Kasımpaşaspor” baş məşqçi Şota Arveladze ilə yollarını ayırıb. Klub Əmrə Bəlözoğlu ilə anlaşıb və günün sonuna kimi onunla 1,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Əmrə Bəlözoğlu “Qalatasaray”, “Fənərbaxça”, “Atletiko Madrid”, “İnter” kimi tanınmış klublarda top qovub. O, 15 il futbol üzrə Türkiyə yığma komandasının şərəfini qoruyub. Ulduz futbolçu milli komandanın forması ilə rəqib qapılarından 41 qol keçirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

