Polşada vəba ilə yoluxmuş qaban cəsədi həyəcana səbəb olub

Baş səhifə

Polşada bir neçə iri donuz fermasının yerləşdiyi bölgədə tapılan Afrika donuz vəbası ilə yoluxmuş qaban cəsədi ölkədə həyacan yaradıb.

APA xəbər verir ki, bu barədə “RMF24” məlumat yayıb.

Yoluxmuş qabanın cəsədi Lodz vilayətində, Piyotrkuv-Tribunalski şəhərinə yaxın ərazidə tapılıb. Aparılan müayinə göstərib ki, heyvan Afrika donuz vəbası ilə yoluxub. Bildirilir ki, bu xəstəlik insanlara keçmir, amma bütün donuzlar üçün ciddi təhlükə yaradır.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, bu bölgədə əvvəllər Afrika donuz vəbasına yoluxma halları qeydə alınmayıb.

“Baytarlıq inspektorluğunun fikrincə, Afrika donuz vəbası ilə yoluxmuş ölü heyvanın qalıqları qəsdən donuz fermalarının olduğu əraziyə gətirilib”, – nazirlik qeyd edib.

“Biz təxribatı – o cümlədən “şərq izli” (Rusiya-red.) təxribatı istisna etmirik. Bu, Polşa biznesi və ərzaq təhlükəsizliyi üçün çox ciddi təhdiddir”, – kənd təsərrüfatı naziri Stefan Krayevski vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir