Qlobal istiləşmə – “Ən böyük aysberq” öz statusunu itirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“A23a” aysberqi Cənub okeanında sürüklənərkən sahəsinin təxminən
70 faizini itirdikdən sonra dünyanın ən böyük aysberqi statusunu
itirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə təxminən 40 ildir aysberqi
müşahidə edən Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun
(AAETİ) mətbuat xidməti məlumat yayıb.




AAETİ-nin məlumatına görə, aysberqin sahəsi 1 370 kvadrat
kilometrə qədər azalıb ki, bu da onun ilkin sahəsinin 67 faizini
təşkil edir.

“Üç ay ərzində “A23a” 22 faiz kiçilib və liderliyini D15A
aysberqinə verib. Yeni liderin sahəsi 3 071 kvadrat kilometrdir ki,
bu da “A23a”nın hazırkı ölçüsündən iki dəfə çoxdur. “D15A” aysberqi
2016-cı ilin yanvarında şelf buzlağından qopub və hazırda
Antarktidanın Şərq hissəsində, Şahzadə Yelizaveta Torpağının
sahillərinə yaxın dayazlıqda qalıb”, – deyə AAETİ mətbuat
xidmətinin mütəxəssisi bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir