Bakıda evdən və mağazalardan silsilə oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nəsimi rayonunda silsilə oğurluq hadisəsi baş
verib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənlərdən
birinin evinin açıq qalmış qapısından içəri daxil olaraq 1500 manat
dəyərində qızıl-zinət əşyasını, iki vətəndaşın isə mağazanın
saxlanc yerinə qoyduqları çantalarından ümumilikdə 2314 manat nağd
pul, 1780 manat dəyərində mobil telefon, bank kartları və sənədləri
talayıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri
ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən N.Məmmədova
müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun başqa bir
vətəndaşı “zəng etmək” bəhanəsi ilə aldadıb mobil telefonunu ələ
keçirdiyi də məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir