
Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Yergüc kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil
olan Yergüc, Sərkərli, Armudpadar, Padar, Üçgünqışlaq və Üryanoba
kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildirib,
həmçinin su təchizatının yaxşılaşdırılması, yeni salınan yaşayış
massivlərinin qazlaşdırılması və torpaq sahələrinin
sənədləşdirilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını ifadə ediblər.

