Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5%-ə endirilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda fiziki şəxslərin xaricdən əldə etdikləri dividend
gəlirləri üzrə vergi dərəcəsi 5%-ə endirilə bilər.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.

Bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə
müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi,
vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı
mübarizənin gücləndirilməsidir. İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını
hissə-hissə ictimaiyyətə təqdim edir.




Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan
Respublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldə
etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14 faiz vergi dərəcəsi ilə
bəyan edib ödəməlidirlər. Növbəti ildən həmin vergi dərəcəsinin 14
faizdən 5 faizə endirilməsi təklif olunur.

Dəyişiklik, bir tərəfdən, xaricdən əldə edilən gəlirlərin
könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə
vergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət göstərəcək.
Bununla yanaşı, xaricdə yerləşən maliyyə vəsaitlərinin və
investisiyaların ölkəyə axınını təşviqi üçün əlavə stimullar
formalaşacaq, daha aşağı vergi yükü kapitalın ölkəyə qaytarılmasını
iqtisadi cəhətdən daha səmərəli edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir