
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə qadın
sahibkarlara dəstək göstərmək məqsədilə həyata keçirilən “Turkey
Women in Business II” (TurWiB II) proqramı çərçivəsində “Akbank
T.A.Ş.” bankına 70 milyon ABŞ dollarınadək (60,3 milyon avro)
həcmdə kredit ayıracaq.
Trend bu barədə
AYİB-ə istinadən məlumat verir.
“Məlumata görə, TurWiB II Türkiyədə qadın sahibkarlığının
inkişafına şərait yaradan kompleks proqramdır. AYİB-in
maliyyələşdirməsi Türkiyə Kredit Zəmanət Fondu (KGF) və Türkiyənin
Maliyyə və Xəzinə Nazirliyinin dəstəyi ilə risklərin bölüşdürülməsi
mexanizmi ilə tamamlanacaq. Bu isə qadın sahibkarların, eləcə də
ilk dəfə maliyyə müraciəti edən qadınların, o cümlədən iri
kommersiya mərkəzlərindən kənarda fəaliyyət göstərənlərin dayanıqlı
kreditləşməyə çıxış imkanlarını genişləndirəcək”, – deyə məlumatda
bildirilir.
Qeyd olunur ki, maliyyə dəstəyindən əlavə, proqram iştirakçıları
məsləhət xidmətləri, mentorluq, təlimlər və biznes inkişafı
imkanlarına, o cümlədən yeni bazarlara çıxışa sahib olacaqlar.
AYİB-in məlumatına görə, layihə ölkədə inklüziv və
rəqabətədavamlı inkişafı gücləndirməyə, qadın sahibkarların
iqtisadiyyatda rolunu artırmağa yönəlib.

