Moqerini korrupsiya qalmaqalı fonunda istefa verib

Baş səhifə

Bakı. Trend:

Korrupsiya işi ilə bağlı bir neçə gün əvvəl saxlanılmış Avropa
İttifaqının xarici siyasət üzrə sabiq ali nümayəndəsi Federika
Moqerini tutduğu vəzifədən – Avropa Kollecinin rektoru postundan
istefa verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Bundan əvvəl Avropa Komissiyasının Yaxın Şərq, Afrika və İran
körfəzi regionları üzrə Baş direktorluğun rəhbəri Stefano Sannino
öz istəyilə tutduğu vəzifədən getdiyini bəyan etmişdi.




O, korrupsiya işi üzrə ikinci ittiham olunan şəxsdir. İttihamlar
onun Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi vəzifəsində
çalışdığı dövrə aiddir. Həmin vaxt o, Federika Moqerininin, daha
sonra isə onun varisi Jozep Borrelin müavini idi.

Qeyd edək ki, Moqqerini Aİ-nin diplomatik xidməti tərəfindən
Avropa Kollecinə (Avropa İttifaqının Diplomatik Akademiyasına )
doqquz aylıq tədris proqramına tələbə qəbulu prosesində qərəzli,
ədalətsiz yanaşmada və rəqabət qaydalarını pozmaqda şübhəli
bilinir.

Mübahisələndirilən faktlar 2021–2022-ci illəri əhatə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir