Azərbaycanda asfalt və beton istehsalının həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 126,6 min ton
asfalt istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə
asfalt istehsalı 50,6 min ton və ya 66,6% artıb.




Eyni zamanda cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda
3,837 milyon ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyni
aylarındakı göstərici ilə müqayisədə 358 min ton və ya 8,5%
azdır.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı
sahəsində 2025-сi ilin yanvar-oktyabr aylarında istehsalın ümumi
dəyəri 1,181 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 4,3 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir