Nazir: Ermənistan Konstitusiyasında dəyişiklik paraflanmış sazişin ratifikasiyasına imkan yaradacaq

Baş səhifə

Ermənistan Konstitusiyasında dəyişiklik paraflanmış sazişinin ratifikasiyasına imkan yaradacaq.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması paraflanmış ikitərəfli sazişinin imzalanmasına, onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir