
Bakı. Trend:
Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının
iştirakçıları bəlli olub.
Trend xəbər
verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq
turnirdə altı şahmatçı rapid və blits yarışlarında mübarizə
aparacaq.
Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran),
Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan),
Rauf Məmmədov və Aydın Süleymanlı iki dövrədə qüvvələrini
sınayacaqlar.
Qeyd edək ki, dekabrın 9-dan 11-dək keçiriləcək Memorial ilk
dəfə 2014-cü ildə təşkil olunub. 2023-cü ildən isə turnir FİDE
dünya çempionatının seçmə mərhələ statusunu alıb.

