Almaniya Kansleri Prezident İlham Əliyevə zəng edib

Baş səhifə

Bakı. Trend:

Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər
verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında
sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş
nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler
Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı
Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd
edib.

Prezident İlham Əliyev ölkəmizin regionda davamlı sülhün təmin
olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra
da davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında
ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir
mübadiləsi aparılıb.

Kansler Fridrix Merts dövlətimizin başçısını Almaniyaya səfərə
dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz
növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib.
Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir