“WhatsApp”a xüsusi düymə əlavə edildi –

Baş səhifə

“WhatsApp”da çoxhesablı funksiya istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər tək bir telefonda iki ayrı “WhatsApp” hesabından istifadə edə bilərlər. Hesablar arasında keçid üçün xüsusi düymə əlavə edilib. Məlumata görə, hər bir hesab üçün bildiriş və söhbət parametrləri müstəqil şəkildə saxlanılır. Yenilik “WhatsApp”ın iOS-lar üçün beta versiyasında istifadəyə verilib.

Məlumata görə, parametrlər menyusuna əlavə edilən “Hesab siyahısı” bölməsi və ya QR kod işarəsinin yanındakı yeni düymə vasitəsilə ikinci hesab əlavə etmək mümkündür.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir