
Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurasının iclası
çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə
görüşüb.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial
şəbəkəsində yazıb.
Bildirilib ki, görüşdə nazirlər Azərbaycan–Gürcüstan strateji
tərəfdaşlığının müsbət dinamikasını yüksək qiymətləndirib, dostluq
və qarşılıqlı dəstək ruhunda inkişaf edən münasibətlərin regional
sabitlik və inkişaf baxımından əhəmiyyətini vurğulayıblar.
“Tərəflər enerji, nəqliyyat-logistika sahələrində əməkdaşlıq,
elektrik enerjisi və yaşıl enerji üzrə yeni birgə layihələr,
həmçinin mədəni və humanitar əlaqələrin genişləndirilməsi
perspektivlərini müzakirə ediblər. Cənubi Qafqazda uzunmüddətli
sülh, sabitlik və rifahın təmin olunması istiqamətində səylər
diqqət mərkəzində olub”, – deyə paylaşımda bildirilib.

