İkardi tərəfdarın gözündən düşüb –

Baş səhifə

Dekabrın 1-də “Qalatasaray”ın “Fənərbaxça” ilə oynadığı dərbi matçının 89-cu dəqiqəsində meydana çıxan ulduz futbolçu Mauro İkardinin davranışı sarı-qırmızılı tərəfdarı hövsələdən çıxarıb.

Metbuat.az Türkiyə KİV-inə istinadla bildirir ki, “Qalatasaray” rəhbərliyi İkardinin yerinə hücumçu axtarışlarına başlayıb.

Son həftələrdə baş verən hadisələr argentinalı hücumçunun klubdan ayrılmasını qaçılmaz edib. Yerli media iddia edir ki, “Fənərbaxça” ilə oyun “bardağı daşıran son damla” olub.

Qeyd edək ki, İkardi bu mövsüm gözləntiləri doğrultmur. 32 yaşlı futbolçu “Kocaelispor” və “Yunion”la keçirilən matçlarda yaxşı mənada özünü göstərə bilməyib.

“Qalatasaray” rəhbərliyi yanvar ayında hücum xətti də daxil olmaqla 4 mövqeni gücləndirməyi planlaşdırır. Yeni hücumçu komandaya fayda verməklə yanaşı, həm də ehtiyat oyunçular skamyasında əyləşməyə hazır olmalıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir