
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın
Avropa işləri üzrə nümayəndə naziri Benjamen Haddad ilə
görüşüb.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial
şəbəkəsində yazıb.
Məlumata əsasən, görüş Vyanada keçirilən ATƏT-in Nazirlər Şurası
çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan–Fransa münasibətlərinin mövcud
məsələləri və perspektivləri, regional təhlükəsizlik çağırışları,
eləcə də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə
fikir mübadiləsi aparılıb.

