
ABŞ narkotik qaçaqmalçılığının qarşısını almaq üçün Venesuelaya təzyiqləri artırıb.
Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, Venesuelaya yerüstü hücumların başlayacağını ifadə edib. Tramp, səlahiyyət müddəti ərzində Venesueladan ABŞ-yə daşınan narkotik maddələrin miqdarının 91 faiz azaldığını qeyd edib. Tramp, bunun onun siyasəti ilə bağlı olduğunu iddia edib. Venesuela Prezidenti Nikolas Maduro ilə söhbət etməsinə toxunan Tramp ona bəzi sözlər dediyini ifadə edib.
Qeyd edək ki, Donald Trampın Nikolas Madurodan Venesuelanı tərk etməsini tələb etdiyi irəli sürülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

