
Türkiyənin “Gold Film” şirkətinin istehsalı olan “Sakıncalı” serialı gözlənilmədən final qərarı verib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə çəkilişləri dayandırılan layihənin davam edib-etməyəcəyi son reytinqlərlə müəyyənləşdirilib.
3-cü bölümdən sonra göstəricilərin kəskin şəkildə aşağı düşməsi səbəbindən serialın 5-ci seriyada final etməsi qərara alınıb. Serial heyəti bu barədə bu gün məlumatlandırılıb.
Qeyd edək ki, ekran işinin baş rollarını Özge Özpirinçci və Salih Bademci canlandırır. Bu, aktyor cütünün ikinci birgə layihəsidir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

