Azərbaycan-Aİ əməkdaşlığı müzakirə olunub (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
(ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası
çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının
vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı,
Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin hazırkı
vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son zamanlar
tərəflər arasında yüksək səviyyəli təmasların artan dinamikası
məmnunluqla qeyd olunub, bu dinamikanın davamlılığının və
məhsuldarlığının qorunub saxlanılmasının əhəmiyyəti diqqətə
çatdırılıb.

Tərəflər arasında mövcud mexanizmlər üzrə səylərin və dialoqun
intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar,
ticarət-iqtisadi əməkdaşlıq istiqamətləri üzrə əməkdaşlığın
genişləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlər barədə
fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı
rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa
olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi
ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və
şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur
imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması
istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz regionunda
post-münaqişə reallıqları, davamlı sülh və sabitliyin təmin
olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər
və ölkəmizin yürütdüyü sülh gündəliyi üzrə son inkişaflar və
gözləntilərimiz barədə qarşı tərəfə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər müzakirə olunub.

xxx

15:42

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali
Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə
görüşüb.

Trend bu barədə
Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş ATƏT-in Vyana şəhərində keçirilən Nazirlər Şurasının 32-ci
iclası çərçivəsində baş tutub.

Məlumata görə, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı
arasındakı əməkdaşlıq gündəliyini nəzərdən keçirib, yüksək
səviyyəli təmaslarda müsbət irəliləyişi alqışlayıblar.

Görüşdə, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat və
əlaqəlilik, ticarət və “yaşıl keçid” kimi sahələrdə əməkdaşlığın
genişləndirilməsini müzakirə edilib.

Nazir, eyni zamanda Kaya Kallası regional inkişaflarla bağlı, o
cümlədən Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin
irəlilədilməsi üçün göstərdiyi səylər barədə məlumatlandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir