Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələr müzakirə edilib (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası
çərçivəsində Niderland Krallığının xarici işlər naziri Deyvid van
Vil ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı ikitərəfli
və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional
vəziyyət müzakirə olunub.

Görüşdə, Azərbaycan-Niderland arasında bir sıra istiqamətlərdə,
energetika, yaşıl enerji, ticarət, nəqliyyat bə digər sahələrdə
əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin
mövcud olduğu bildirilib.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq
tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari
vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə yüksək
səviyyəli təmasların, Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

Qarşı tərəf ölkəmizin geniş regionda oynadığı rol, post-münaqişə
dövründə və Vaşinqton sammitindən sonra bölgədə mövcud vəziyyət və
reallıqlar barədə məlumatlandırılıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər müzakirə olunub.

xxx

16:24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Vyanada
keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası toplantısı çərçivəsində
Niderland Krallığının xarici işlər, sığınacaq və miqrasiya naziri
David Van Veel ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında
paylaşım edilib.

Bildirilib ki, XİN-lər arasında siyasi məsləhətləşmələr
mexanizminin əhəmiyyəti vurğulanıb, bu mexanizm vasitəsilə
ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri, eləcə də
müxtəlif beynəlxalq tədbirlər çərçivəsində əlaqələr və qarşılıqlı
səfərlər müzakirə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir