
Rusiya Qərbin Ukraynada başlatdığı müharibəyə son qoymaq istəyir.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. Putin “India Today” qəzetinə müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Tramp da Ukraynadakı münaqişəyə, ilk növbədə humanitar səbəblərdən son qoymaq istəyir. Putinin sözlərinə görə, Moskva əvvəldən diplomatik vasitələrlə həll yolu axtarır. O, Ukraynadakı xüsusi hərbi əməliyyatın müharibənin başlanğıcı deyil, ona son qoymaq cəhdi olduğunu irəli sürüb.
Rusiya lideri həmçinin regional və qlobal səviyyələrdə güc balansının dəyişdiyini qeyd edərək, yeni güc balanslarının yarandığını və böyük ölkələr arasında sabitliyin həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq sistemdə irəliləyiş üçün əsas olduğunu vurğulayıb.

