Azərbaycan və NATO arasında təhlükəsizlik məsələləri müzakirə olunub (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər
Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində NATO
Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata
görə, görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq
gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi və digər
aspektləri müzakirə olunub.

NATO üzv ölkələrinin səfirlərinin ölkəmizə cari ilin noyabr
ayında ölkəmizə səfəri və yüksəksəviyyəli görüşlər məmnunluqla
xatırlanıb.

Nazir Ceyhun Bayramov Vaşinqton sammiti çərçivəsində əldə
olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat
dəhlizləri üzrə planlar barədə məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər, NATO mexanizmləri çərçivəsində əməkdaşlıq
ətrafında fikir mübadiləsi aparılıb.

xxx

19:45

Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in
32-ci Nazirlər Şurası iclası çərçivəsində NATO-nun Baş katibinin
müavini Radmila Şekerinska ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəminə
daxil olan təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik
infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər məsələlər,
eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzular
müzakirə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir