Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Azərbaycan–Ermənistan sülh prosesini müzakirə edib (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər
Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində
ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata
görə, görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin
əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional
və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət,
eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı
dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin
toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq
edilməsinin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud
vəziyyət və reallıqlar, Vaşinqton sammitinin nəticələri, ölkəmizin
sülh prosesi çərçivəsində gözləntiləri barədə qarşı tərəfi
məlumatlandırıb.

İşğal dövrünün qalıqları olan Minsk Prosesi və əlaqədar
strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə
regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından
vacibliyi vurğulanıb və əldə olunmuş nəticə təqdir olunub.

Görüşdə, həmçinin ATƏT çərçivəsində qarşılıqlı maraq doğuran
məsələlər və geniş regionda təhlükəsizlik vəziyyəti ətrafında fikir
mübadiləsi aparılıb.

xxx

20:04

Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in
32-ci Nazirlər Şurası iclası çərçivəsində ATƏT-in Baş katibi
Feridun Sinirlioğlu ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.

Görüşdə tərəflər Azərbaycan–ATƏT ikitərəfli əməkdaşlığının
mövcud gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi
çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş
regiondakı vəziyyət, eləcə də Azərbaycan–Ermənistan sülh prosesi
barədə fikir mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir