
Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər
Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində
İrlandiya Respublikasının Avropa işləri və müdafiə məsələləri üzrə
dövlət naziri Tomas Birn ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə
verilən məlumata görə, 2026-cı ilin Azərbaycan-İrlandiya diplomatik
münasibətlərinin qurulmasının 30 illik yubileyinə təsadüf etməsi
fonunda, ikitərəfli və çoxtərəfli formatlar üzrə əməkdaşlıqda
indiyədək əldə edilən dinamika müsbət qiymətləndirilib, bu
əməkdaşlığın daha əhatəli şəkildə həyata keçirilməsinin əhəmiyyəti
vurğulanıb.
Siyasi dialoqun gücləndirilməsi, iqtisadiyyat, ticarət,
investisiyalar, təhsil, innovasiya və yüksək texnologiyalar
sahələrində əməkdaşlıq üçün mövcud potensial dəyərləndirilib,
enerji təhlükəsizliyi, bərpaolunan enerji sahələrində tərəfdaşlıq
imkanları müzakirələr olunub.
Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi
töhfə və ölkəmizin təşəbbüsü və aktiv iştirakı ilə həyata keçirilən
nəhəng enerji, nəqliyyat-kommunikasiya layihələrinin beynəlxalq
əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə İrlandiya arasında çoxtərəfli platformalarda
qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd
edilib.
Regional və beynəlxalq gündəlikdə duran məsələlər nəzərdən
keçirilib, Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir
mübadiləsi aparılıb.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra
regionda yaranan yeni reallıqlar, post-münaqişə dövründə ölkəmizin
təşviq etdiyi sülh gündəliyi, Ermənistan ilə normallaşma prosesi,
habelə bölgədəki mina təhdidi barədə qarşı tərəfə ətraflı məlumat
verilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
xxx
20:10
Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in
32-ci Nazirlər Şurası iclası çərçivəsində İrlandiyanın Avropa
məsələləri və müdafiə üzrə dövlət naziri Tomas Byrne ilə
görüşüb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.
Tərəflər 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyi
ərəfəsində iki ölkə arasında əməkdaşlığında müşahidə olunan müsbət
dinamikanı müzakirə edib, siyasi dialoqun gücləndirilməsi, ticarət,
investisiya, innovasiya və humanitar əməkdaşlıq üçün imkanların
araşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Regional proseslər və Azərbaycanın sülh gündəmi də müzakirə
olunub

