İsrailin nümayəndə heyəti Qahirədə danışıqlar aparıb

Baş səhifə

İsrailin nümayəndə heyəti Qahirədə Qəzzadan sonuncu girovun cəsədinin qaytarılması məsələsini müzakirə edib.

APA xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, baş nazir Binyamin Netanyahu Qəzza zolağında qalan sonuncu İsrail girovunun cəsədinin qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə nümayəndə heyəti göndərib.

Nümayəndə heyətinə əsirlər və itkin düşmüş şəxslər üzrə koordinator, təqaüdçü briqada generalı Qal Hirş rəhbərlik edib və onlar dekabrın 4-də səhər saatlarında Misirin paytaxtına gəlib.

İsrail ordusunun, Baş Təhlükəsizlik Xidmətinin və Mossad kəşfiyyat agentliyinin nümayəndələri də görüşlərdə iştirak ediblər.

“Nümayəndə heyəti sonuncu girov, baş çavuş Ran Qvilinin dərhal qaytarılmasına nail olmaq məqsədilə vasitəçilərlə danışıqlar aparıb. Danışıqlardan sonra bütün girovların qaytarılması vəzifəsini yerinə yetirmək üçün intensiv və təcili səylər barədə razılıq əldə olunub”, – məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir