
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış
kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi
barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli
Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının
yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın
genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin
mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.
Yanğın zamanı 4 nəfər həyatını itirib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə
olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə
olunub.

