
30-dan çox ölkənin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyula və ya məhdudlaşdırıla bilər.
APA xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem məlumat verib.
“Dəqiq rəqəmi deməyəcəyəm, amma 30-dan çoxdur. Əgər bu ölkələrin sabit hökumətləri yoxdursa, ABŞ-a girmək niyyətində olan insanların kim olduğunu bizə izah edə bilmirlərsə və onları yoxlamağa kömək edə bilmirlərsə, niyə bu ölkələrdən olan insanların ABŞ-a daxil olmasına icazə verməliyik?”, – o deyib.
ABŞ mediasının məlumatına görə, Vaşinqton vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulan və ya məhdudlaşdırılan ölkələrin siyahısını 19-dan 32-yə qədər genişləndirməyi düşünür.

