
Bakı. Trend:
5 dekabr tarixində “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737
tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə
yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış
qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda
təcili eniş üçün müraciət edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata
görə, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla
eniş edib.
Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun
vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun
şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini
və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam
edir.

