
Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1”
yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş
verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və
informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən
aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar
Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və
digər zəruri prosessual hərəkətlər icra edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Yanğının baş vermə
səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri
keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si
azyaşlıdır) boğularaq ölüb.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya
texnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

