Lökbatanda yanğında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Dekabrın 5-də saat 03:15 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan
qəsəbəsi, “Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi
səbəbilə çağırış daxil olub.

TƏBİB-dən Trend-in
sorğusuna cavab olaraq bildirilib ki, dərhal 12 təcili tibbi yardım
briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın)
tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə
hospitalizasiya olunub.




Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə
alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün
vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir