Təyyarə Bakıya məcburi eniş etdi

Baş səhifə

5 dekabr tarixində “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə bu barədə hava limanından bildirilib.

Məlumata görə təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir