
Bakı. Trend:
Niderlandın “ING Group”un qiymətləndirmələrinə görə, 2025 və
2026-cı illərdə Azərbaycanda inflyasiya 5,7% səviyyəsində
gözlənilir.
Trend bu barədə
qrupa istinadən xəbər verir.
Şirkətin proqnozlarına əsasən, 2027-ci ildə ölkədə inflyasiya
8,9 faizə yüksələcək.
2026-cı il üzrə rüblük inflyasiya proqnozu aşağıdakı
kimidir:
I rüb — 5,7%,
II rüb — 5,9%,
III rüb — 5,7%,
IV rüb — 5,7%.
ING Group 2025-ci ilin IV rübünün sonunda inflyasiyanın 5,8%
olacağını gözləyir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2025–2026-cı
illərdə illik inflyasiyanın hədəf dəhlizi olan 4±2% hüdudlarında
qalacağını proqnozlaşdırır.
AMB-nin oktyabr proqnozunda 2025-ci il üçün inflyasiya 6%
səviyyəsində qiymətləndirilir. Ayrı-ayrı amillərin bu göstəriciyə
təsiri aşağıdakı kimidir:
AMB vurğulayır ki, bu proqnozların reallaşması həm daxili, həm
də xarici amillərin dinamikasından asılı olacaq.

